Ələ keçirilən narkotik
13 may 2021 13:32 (UTC +04:00)

Ələ keçirilən narkotik

Azərbaycanda daha 2 narkotacir saxlanıldı

Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlar saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Corat qəsəbə sakini M.Xəlilov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 18 qrama yaxın heroin aşkar edilib. Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan əlavə 690 qram heroin götürülüb.

Həmçinin Neftçala rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini H.Səlimov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 670 qrama yaxın heroin və 444 qr metamfetamin aşkar edilərək götürülüb.

# 1521
avatar

Mehman Nəbiyev

Oxşar yazılar