Azərbaycan bir neçə cinayətdə təqsirləndirilən iki Bolqarıstan vətəndaşını İnterpol xətti ilə axtarışa verib.
Lent.az-ın İnterpola istinadən məlumatına görə, onlar 23 yaşlı Tezdzhan Angelov və 21 yaşlı Gyurdzhan Angelov qardaşlarıdır. Axtarışa verilən qardaşlar kibercinayətkarlıqda, mütəşəkkil dəstə tərəfindən hədə-qorxu ilə pul tələb etməkdə və mənimsəmədə təqsirli bilinirlər.
Onların saxlanılması üçün qırmızı bülletenlə İnterpola müraciət edilib.
Azərbaycan məhkəmələri tərəfindən hər iki şəxs təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində dövlətlərarası axtarış elan olunub.