Volqoqradda 24 yaşlı qız sevgilisi tərəfindən qətlə yetirilib.
Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, cəsəd Lodıgina küçəsindəki çoxmərtəbəli binanın zirzəmisində tapılıb. Saxlanılan şəxs dindirlmə zamanı bildirib ki, aralarında baş verən mübahisədən sonra qız ondan ayrılmaq istədiyini deyib.
Sevgilisinin bu qərarına əsəbləşən kişi, qız yuxuya gedəndə onu boğub. Bundan sonra meyiti adyalda bükərək gecə saatlarında binanın zirzəmisinə atıb.
Hadisə üzrə cinayət işi açılıb.