Şəmkirdə bədbəxt hadisə baş verib.
Lent.az APA-ya istinadla xəbər verir ki, rayon sakini 50 yaşlı S.Rüstəmov yaşadığı evin həyətində 4 metr hündürlükdə olan su çəninin üstündən yerlə yıxılıb. O, aldığı xəsarətdən hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.