Bakı şəhər sakini M.Əbdülovun içərisində pulu olan cüzdanı soyğunçuluq yolu ilə əlindən alınıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi və Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Məmmədov saxlanılıb.
Onun Cinayət Məcəlləsinin 180-ci maddəsi (Soyğunçuluq) ilə axtarışda olması da müəyyən edilib.