Arvadını və qayınanasını öldürüb İNTİHAR ETDİ
05 sentyabr 2023 14:20 (UTC +04:00)

Arvadını və qayınanasını öldürüb İNTİHAR ETDİ

Türkiyədə arvadını və qayınanasını öldürən kişi intihar edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Karabükdə baş verib. Boşanma ərəfəsində olan həyat yoldaşını, daha sonra isə qayınanasını öldürən kişi 4 saat sonra həbs olunmasın deyə silahla özünü də vurub.

Məlumata görə, hadisə baş verən günü Özlem Küçükyılmaz və anası Nazife Çetinkök evə gedərkən boşanma prosesində olan əri Həsən Küçükyılmazla rastlaşıblar. Aralarında yaranan mübahisədən sonra ər Küçükyılmaz özü ilə gətirdiyi ov tüfəngi ilə həyat yoldaşına və qayınanasına atəş açıb. Qan içində olan ana və qızı hadisə yerində ölərkən, qatil ər hadisə yerindən qaçıb.

H. Küçükyılmaz 5 sentyabrda özünü öldürəcəyi barədə "Whatsapp" statusunda qeyd edib.

Şübhəli şəxs səs yazısı paylaşımında həyat yoldaşı haqqında "Ölməli idi, öldü. Namus çox yaxşı şeydir, sən baxarsan. Cənazən asfaltda belə qalacaq. Az sonra özümü öldürəcəm. Səndən axirətdə hesab soruşacağam. İndi şərəfsiz əməllərinin cavabını verdin. Anan da öz əməllərinə cavab verdi. Sənə dedim ki, mənimlə oynama, oyuncaq olarsan”, deyə bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3180
avatar

Xədicə SƏXAVƏT

Oxşar yazılar