Arvadını döyən şəxsin 30 il əvvəl törətdiyi qətl üzə çıxdı
02 dekabr 2021 07:49 (UTC +04:00)

Arvadını döyən şəxsin 30 il əvvəl törətdiyi qətl üzə çıxdı

Fransa polisi 1994-cü ildə törədilmiş qətlin üstünü təsadüfən açıb

Lent.az-ın xəbərinə görə, Renn şəhərində yaşayan qadın ərinin zorakı hərəkətlərindən polisə şikayət edib.

Polis araşdırmadan sonra ondan barmaq izləri və DNT nümunəsi götürüb. İçin əsası bundan sonra başlayıb.
Analiz nəticəsində məlum olub ki, onun DNT nümunəsi 1994-cü ildə öldürülmüş məktəbli qızın meyiti üzərində tapılanlarla tam eynidir. Dindirmə zamanı o, məsələni etiraf edib.
 

# 1953
avatar

Oxşar yazılar