Bakıda arvadını bıçaqlayan İsmayıl Səfərovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Lent.az-ın məlumatına görə, materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Siyavuş Hacıyevin icraatına verilib.
Hadisə bu il iyulun 30-da Qaradağ rayonunda qeydə alınıb.
Məlumata görə, Lökbatan qəsəbəsində 33 yaşlı Səfərova Ülviyyə Zahir qızını həyat yoldaşı, 35 yaşlı Səfərov İsmayıl Qafar oğlu bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılıb. Ona qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Hadisəni törətdiyi bildirilən İ.Səfərovun özünə də iki bıçaq zərbəsi vurduğu bildirilir. O, xəstəxanaya çatdırılıb. İ.Səfərova boyunun kəsilmiş-deşilmiş və biləyin kəsilmiş yaraları diaqnozu qoyulub.