Alışqana görə arvadına 15 bıçaq vurdu - Azərbaycanda dəhşətli QƏTL
03 dekabr 2021 18:03 (UTC +04:00)

Alışqana görə arvadına 15 bıçaq vurdu - Azərbaycanda dəhşətli QƏTL

Abşeronda ər arvadına 15 bıçaq zərbəsi vuraraq xüsusi amansızlıqla qətlə yetirib.

Lent.az 2020-ci ildə baş verən hadisənin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, 54 yaşlı İlqar Vəliyev yaşadıqları evdə özünə məxsus olmayan alışqan tapdığı üçün, arvadı 45 yaşlı Səyyarə Vəliyevanın başqa kişilərlə intim əlaqədə olmasını düşünüb. Buna görə də onu öldürmək istəyib.

Avqustun 14-ü, saat 10 radələrində yaşadıqları evin yataq otağında olduqları vaxt, mənzili dağınıq vəziyyətdə görüb, əsəbiləşərək arvadına iradını bildirib. Mübahisə zamanı yoldaşı əsassız şübhələrindən bezdiyini deyəndə, onu qısqanclıq zəminində öldürmək fikrini qətiləşdirib. Qadının xəbəri olmadan mətbəxə keçib, bıçaq götürüb, yataq otağına qayıdıb. Arvadının sinəsinə ilk zərbəni vurub, onu yerə yıxıb. Onun yalvarışlarına əhəmiyyət verməyib, qəsdən çoxsaylı xəsarətlər yetirib.

Qətl olan ev və meyit

İş üzrə dindirilmiş İlqar Vəliyev bildirib ki, 1992-ci ildə Səyyarə Vəliyeva ilə ailə qurub, bu nikahdan 2 övladları var.

Səyyarə evdar qadın olub, İlqar özü ərzaq dükanı işlədib. O, 2020-ci ilin may ayından arvadının ona xəyanət etməsindən şübhələnib. Hadisədən bir həftə əvvəl evdə alışqan tapıb, bunun kimə məxsus olduğunu soruşduqda, Səyyarə bilmədiyini deyib. O, hətta bir dəfə evə gələndə, evdən siqaret iyi gəldiyini hiss edib.

Qətl olan ev

Avqustun 14-ü, saat 10 radələrində ərzaq alıb evə gələndə arvadının tək olduğunu görüb, övladları həmin vaxt işdə olublar.

Səyyarədən evin niyə səliqəsiz olduğunu soruşduqda, mənzili yığışdıracağını deyib. Arvadının cavabı İlqarın xoşuna gəlməyib, xəyanət barədə şübhələri də onu daha da əsəbiləşdirib. İlqar Səyyarədən başqaları ilə cinsi əlaqədə olduğunu soruşanda, arvadı onun əsassız, qısqanc hərəkətlərindən bezdiyini söyləyib. Bu zaman İlqar mətbəxdən bıçağı götürüb, yataq otağına qayıdıb. Eyvanın qapısının qarşısında dayanan arvadına yaxınlaşanda, Səyyarə başa düşüb ki, əri onu öldürmək istəyir və qışqırmağa başlayıb.

Qətl olan binanın girişi

İlqar ilk zərbəni Səyyarənin döş qəfəsinə vurub. Qadın müqavimət göstərməyə cəhd etsə də, yerə yıxılıb. İlqar dalbadal Səyyarəyə xəsarətlər yetirib. Sonra hamama keçib, əl üzünü və bıçağı yuyub. Təzə paltarlarını geyinib, həyətə düşüb, orada dayanan taksilərdən biri ilə Xırdalan şəhərindəki parka gedib. Yolda əvvəlcə Daxili İşlər Nazirliyinin “102” zəng xidmətinə, sonra qardaşı oğlu Elvinə zəng edərək arvadını öldürdüyünü deyib. Elvinə ona görə zəng edib ki, axşam işdən qayıdan qızının evə girməsinə mane olsun. Saat 19 radələrində Abşeron rayon Polis İdarəsinə gedərək, könüllü təslim olub və bıçağı təqdim edib. Polis əməkdaşına hadisəni danışaraq, əməlindən çox peşman olduğunu bildirib.

Qəltdə istifadə olunan bıçaq

Zərərçəkmiş şəxsin hüquqi varisi Gülxarə İbrahimova deyib ki, bacısı Səyyarə tez-tez İlqardan şikayət edib. Səyyarə bacısına İlqar onu döyüb, təhqir etdiyini, pul üstündə dalaşdığını bildirib. Gülxarə İbrahimovanın sözlərinə görə, bacısı Səyyarə uşaqların qazandıqları pulla evi güclə dolandırıb. 2017-ci ildə bacısıgil Mehdiabad qəsəbəsində yeni mənzilə köçüblər. Ora köçəndən sonra da evlərində dava-dalaş səngiməyib. Hətta İlqar Səyyarəni o qədər döyüb ki, o, evdən qaçıb. 2019-cu ilin yayında Səyyarənin oğlu anasının tərəfini saxladığı üçün İlqar onun da çənəsinə yumruqla zərbə vurub.

İfadə verənin sözlərinə görə, bacısı boşanmaq istəsə də, İlqar boşanacağı təqdirdə onu öldürəcəyini deyib. Hətta  İlqar Vəliyev həmin sözləri şəxsən bir neçə dəfə onun yanında bildirib.

G.İbrahimova onu da  bildirib ki, bacısı ərinə müqavimət göstərəcək gücə malik olmayıb və o,  həmişə İlqardan çəkinib. Bacısı ilə yeznəsinin mübahisələri isə əsasən pul üstündə olub. İlqar istəyirdi ki, uşaqlar öz qazanclarını ona versin.

Öldürülən Səyyarə Vəliyevanın yaralanmış əli

Şahid İsmət Vəliyev qeyd edib ki, valideynlərinin münasibətləri 2010-cu ildən pozulmağa başlayıb. Onlar Kürdəmir rayonunda yaşayanda da atası tez-tez anası ilə səbəbsiz, xırda məsələlərə görə dava edib. Anası çox sakit təbiətli qadın olub. İsmət və bacısı həmişə anasının tərəfini saxlayıblar. Atası mütəmadi spirtli içki qəbul edib, sərxoş halda gəlib, anası ilə dalaşıb. İsmətin sözlərinə görə, atası 2019-cu ilin axırlarından anasını xəyanət etməkdə günahlandırmağa başlayıb. Hadisədən 2 həftə əvvəl, atası əlindəki alışqanı İsmətə göstərəndə, siqaret çəkmədiyindən alışqanın onun olmadığını deyib.

Qətl olan ev

İlqar Vəliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Vəliyev cəzasını ciddi rejimli Cəzaçəkmə Müəssisəsində çəkməklə 14 il müddətinə azadlıqdan məhrum olunub.

Abşeron kişi arvadını öldürdü

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8769
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Toyda qətl törədənə 18 il CƏZA

Toyda qətl törədənə 18 il CƏZA

13 dekabr 2024 , 17:40
Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

13 dekabr 2024 , 17:36
Polis dostunu güllələyib öldürdü

Polis dostunu güllələyib öldürdü

13 dekabr 2024 , 15:52
Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

13 dekabr 2024 , 15:26
8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

13 dekabr 2024 , 13:16
Bakıda narkokuryerlər tutuldu - VİDEO

Bakıda narkokuryerlər tutuldu - VİDEO

13 dekabr 2024 , 10:35
Arvadını öldürüb intihara cəhd etdi

Arvadını öldürüb intihara cəhd etdi

12 dekabr 2024 , 15:45
Qonaq getdiyi evə od vurdu, dostu yanıb öldü

Qonaq getdiyi evə od vurdu, dostu yanıb öldü

12 dekabr 2024 , 12:30