Ailə münaqişəsi zəminində ər arvadını bıçaqladı
28 noyabr 2021 08:35 (UTC +04:00)

Ailə münaqişəsi zəminində ər arvadını bıçaqladı

Hadisə axşam saatlarında rayonun Qax rayonunun Qaxbaş kəndində baş verib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, 1988-ci il təvəllüdlü rayonun Qaxbaş kənd sakini Zümrüd Abdulla qızı Qarcıyeva sol kürək nahiyəsinin kəsilmiş, lakin daxilə nüfuz etməyən xəsarət, sol alın-təpə nahiyəsinin yumşaq toxumalarının  və burunun əziyi xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub. 

Müayinə zamanı 33 yaşlı Z. Qarcıyevanın  yaşadığı ünvanda ailə münaqişəsi zəminində əri tərəfindən döyüldüyü və bıçaqla xəsarət yetirdiyi məlum olub. Z. Qaqcıyevanın müalicəsi hazırda xəstəxanada davam etdirilir, vəziyyəti orta-stabil qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2451
avatar

Oxşar yazılar