Texasda 49 yaşlı Billi Çemirmira iki yaşlı qadını öldürdüyünə və onların zinət əşyalarını oğurladığına görə vaxtından əvvəl azad edilməmək şərtilə ömürlük həbs cəzasına məhkum edilib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, o, 20 belə cinayətdə şübhəli bilinir.
Kişi ABŞ-ın Dallas şəhərində bir nəfər 87 yaşlı Meri Bruksu öldürməkdə təqsirli bilinib. O, əvvəllər 81 yaşlı Lyuti Harrisin ölümünə görə də günahkar hesab edilib. Bundan başqa, onun 20 yaşlı qadının ölümündə əli olduğu hesab olunur. İstintaqın məlumatına görə, həmin şəxs iki il təqaüdçüləri izləyib, onları öldürüb və qızıl-zinət əşyalarını götürüb.
Onun qurbanlarından biri sağ qala bilib. 91 yaşlı zərərçəkmiş bildirib ki, naməlum şəxs onun arxasınca evinə qədər gəlib, mənzilinə girib, onu yastıqla boğmağa çalışıb, sonra isə qızıl-zinət əşyalarını alıb. Billi Çemirmirin həbsindən sonra polis uşaqların ölən valideynlərinin zinət əşyalarının itdiyini bildirdiyi halları araşdırıb. Həmin şəxsin 22 dəfə oxşar sxem üzrə hərəkət etdiyi güman edilir.