21 yaşlı arvadını ov tüfəngi ilə öldürdü
01 fevral 2025 17:32 (UTC +04:00)

21 yaşlı arvadını ov tüfəngi ilə öldürdü

Türkiyədə gənc qadın qətlə yetirilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Adana şəhərinin Seyhan qəsəbəsində baş verib.

21 yaşlı Fatma Kocaklı və dini nikahlı əri Mikayıl B.-nın yaşadığı evdən odlu silah səsi eşidən yaxınları polisə xəbər veriblər. Hadisə yerinə gələn polislər ov tüfəngi ilə qarnından vurulan qadını yerdə uzanıqlı halda aşkar ediblər. Gələn həkimlər onun öldüyünü müəyyən ediblər.

Meyit müayinə üçün aidiyyəti şöbəyə göndərilib. Hadisəni törədən kişi isə saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 552

Oxşar yazılar