Belçikanın Mexelen şəhər sakininin başına iş gəlib.
Lent.az-ın xəbərinə görə, 14 yaşlı qız ona “Facebook”da dostluq göndərib. Bir neçə gün yazışmadan sonra oğlan qızı məktəbin qarşısında görüşə çağırıb. Ünvana gəldikdə isə onu 7 nəfər maskalı və dəyənəkli şəxs qarşılayıb.
Onlar gənci döyərək pulunu, bank kartını və telefonunu əlindən alıblar. Həm də hadisəni bütün detalları ilə telefona çəkiblər.
Polis hadisəni törədən dəstəni tapmaq üçün məktəbin ətrafındakı kameralara baxış keçirib. Şübhəlilərdən biri saxlandıqda onun telefonunda gəncin döyülməsi videosu aşkar edilib. Prokuror dəstə üzvlərinə 36 ay həbs cəzası tələb edib.