“APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 12 476 ədəd avtomobil və ya 2,24 dəfə azdır.
Bu ilin fevral ayı ilə müqayisədə isə bu rəqəm 2 524 ədəd avtomobil və ya 83,6% çoxdur.
Belə ki, ölkəyə gətirilən avtomobillərin 203 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 9 256 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 500 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 76 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.