SOCAR Yunanıstanın qaz şirkətini alır
19 iyun 2013 09:30 (UTC +04:00)

SOCAR Yunanıstanın qaz şirkətini alır

Yunanıstan hökuməti “DESFA” qaz şirkətini Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) 400 milyon avroya satmaq niyyətindədir. Nəticədə “SOCAR” qeyd olunan qaz şirkətinin səhmlərinin 66 faizini əldə edəcək.

 

APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı “Röyters” agentliyinə anonim mənbələr təqdim edib.   

 

Məlumata görə, hal-hazırda  “DESFA” səhmlərinin 35 faizi “Hellenic Petroleum” neft və qaz ayırma şirkətinə, 31 faizi isə - birbaşa Yunanıstan hökumətinə məxsusdur. Hökumət səhm  payının satışından 188 milyon avro əldə edəcək.     

 

Qeyd edək ki,  “SOCAR”dan başqa “DESFA”ya Rusiyanın “Sintez” şirkəti və “PPF-Terna” müştərək yunan-çex sərmayə şirkəti də iddia edirdi. Lakin bir neçə gün əvvəl qeyd olunan iki şirkət “DESFA”nın satışı üzrə müsabiqədə iştirak etməkdən imtina edib.  

 

Xatırladaq ki, “DESFA” “DEPA” dövlət qaz şirkətinin törəmə müəssisəsidir. “DEPA”nın özəlləşdirilməsi ilə bağlı bir neçə gün əvvəl keçirilmiş müsabiqə formal müraciət olmadığından uğursuz olmuşdur. Son vaxtadək Rusiyanın “Qazprom” konserni “DEPA” şirkətinin əsas iddiaçısı hesab olunurdu.

 

Qeyd edək ki, “DEPA” şirkəti qazı topdan alaraq, onu yunan istehlakçılarına paylaşdırır. “DESFA” “DEPA” şirkətinin törəmə müəssisəsidir və istisna olaraq qazın nəqli ilə məşğul olur.

 

Yunanıstan dövlət borcunu azaltmaq məqsədilə ölkədə həyata keçirilən irimiqyaslı özəlləşmə çərçivəsində şirkətlərin satışına qərar verib

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1213
avatar

Oxşar yazılar