Yumurta istehsalı artıb
18 fevral 2013 15:24 (UTC +04:00)

Yumurta istehsalı artıb

Yanvar ayında Azərbaycanda 35.5 min ton diri çəkidə ət, 129.8 min ton süd, 111.2 milyon ədəd yumurta və 2570 ton tərəvəz istehsal edilib.

Lent.az-ın Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 2.3 faiz, süd istehsalı 5.0 faiz, yumurta istehsalı 20.3 faiz, tərəvəz istehsalı 10.2 faiz, kənd təsərrüfatının ümumi məhsulu 4.5 faiz artıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 909
avatar

Oxşar yazılar