Yeni Yaşma Külәk Parkı işə salınıb
28 may 2015 20:05 (UTC +04:00)

Yeni Yaşma Külәk Parkı işə salınıb

28 may 2015-ci il tarixində Xızı rayonunun Yeni Yaşma ərazisində tikilmiş, layihə gücü 50 MVt olan külәk parkında Alternativ və Bәrpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (ABOEMDA) tərəfindәn bütün stansiya tam sınaqdan keçirilib və artıq 2,5 MVt-lıq bir әdәd külәk turbini işә salınıb. ABOEM- dan APA-ya verilən xəbərə görə, ölkәmiz üçün әlamətdar olan Respublika Günündə ABOEM sahəsi üzrə  böyük miqyaslı bu layihәnin ilkin olaraq işlək vәziyyәtә gәtirilmiş külәk turbini külәk enerjisindәn elektrik enerjsi istehsal edәrәk artıq ümumi elektrik şәbәkәsinә ötürmәyә başlayıb. Qısa müddətə külək parkı tam gücü ilə respublikanın ümumi enerji şəbəkəsinə qoşulacaq.

 

 ABOEM-nin məlumatında qeyd olunur ki,  ABOEM sahәsindә olan bu uğur  Azәrbaycan prezidenti İlham Әliyevin bu sahәyә xüsusi qayğı vә diqqәti nәticәsindә baş verib: “Ölkә rәhbәrliyinin ABOEM-in inkişafına önәm vermәsi dövlәtin özünәmәxsus enerji strategiyasının

olmasının, müvafiq olaraq sosial-iqtisadi tәrәqqinin tәzahürü kimi qiymәtlәndirmәk olar”.

 

“Azərbaycanın karbohidrogen enerji resursları ilә zәngin olmasına baxmayaraq ABOEM hesabına istehsal olunan enerji ilә milyonlarla kub metr qaza qәnaәt ediləcək. Ötәn il әrzindә ölkәdә bәrpa olunan enerji mәnbәlәrindәn istifadә etmәklә 1,5 milyard Kvt/saatdan çox elektrik enerjisi istehsal olunub ki, nəticә olaraq 500 milyon kub metr qaza qәnaәt edilib”, deyə ABOEM-nin məlumatında bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 399
avatar

Oxşar yazılar