Əmlak Məsələləri Dövlət Komitəsi aprelin 9-da respublikanın şəhər və rayonlarında hərraca çıxarılacaq tikintisi dondurulmuş, tikintisinin normativ müddətləri ötmüş və tikintisi başa çatdırılmamış obyektlərin siyahısını açıqlayıb.
Lent.az-ın verdiyi məlumata görə, bunların arasında Ucar şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 42. ünvanında 1,82 hektar sahədə yerləşən 504 yerlik məktəb binasının yarımçıq tikilisi və Şəki şəhəri, Salman Mümtaz küçəsində 0,66 hektar sahədə yerləşən 100 yerlik sanatoriya binasının yarımçıq tikilisi var.
Hər iki obyektin sifarişçisi İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzidir. Məktəb binasının yarımçıq tikilisi 4 min 493 manata, sanatoriya binasının yarımçıq binası 12 min 649 manata satılır.