Xızıya 3 milyon manat ayrıldı- SƏRƏNCAM
06 noyabr 2013 18:39 (UTC +04:00)

Xızıya 3 milyon manat ayrıldı- SƏRƏNCAM

Prezident İlham Əliyev Xızı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Lent. az-ın məlumatına görə, sərəncamla dörd min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Xızı-Altıağac avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 3 milyon manatı Xızı Rayon İcra Hakimiyyətinə ayrılıb.

 

Maliyyə Nazirliyi nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 802
avatar

Oxşar yazılar