Vətəgə stansiyasının yeni inzibati binası istifadəyə verilib
22 dekabr 2012 10:54 (UTC +04:00)

Vətəgə stansiyasının yeni inzibati binası istifadəyə verilib

Dekabrın 21-də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (ASC) Vətəgə stansiyasının yeni inzibati binası istifadəyə verilib.

 

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Lent.az-a verdiyi məlumata görə, mərasimdə “Azərbaycan Dəmir Yolları” QSC-nin, İmişli rayon İcra Hakimiyyətinin və rayonun müvafiq qurumlarının, İmişli qovşağında yerləşən dəmir yolu təşkilatlarının nümayəndələri iştirak ediblər.

 

“Azərbaycan Dəmir Yolları” QSC Yük daşımaları Departamentinin yük və kommersiya şöbəsinin rəisi Teymur Məmmədov tədbirdə çıxış edərək bildirib ki, son illər ərzində dəmir yolu özünün yeni inkişaf dönəminə qədəm qoyub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 6 iyul 2010-cu ildə “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” sərəncam imzalayıb və hazırda Dövlət Proqramı uğurla icra olunur. “Azərbaycan Dəmir Yolları” QSC rəhbərliyinin qayğısı və diqqəti sayəsində inzibati binalar, süni qurğular  təmir olunur. Vətəgə stansiyasının yeni inzibati binasının istifadəyə verilməsi də bu işlərin tərkib hissələrindən biridir.

 

Sonra Vətəgə stansiyasının rəisi Aydın Xankişiyev məlumat verib ki, yeni inzibati binanın tikintisinə bu ilin mart ayında başlanılıb və qısa  zaman ərzində tikinti işləri başa çatdırılıb. Yeni binada 1 dəhliz, 8 iş otağı var. Otaqlar mebellə və zəruri avadanlıqlarla təchiz olunub. Sonra tədbir iştirakçıları yeni inzibati binaya baxış keçirib və yaradılan şəraitdən razılıq ediblər. “Azərbaycan Dəmir Yolları” QSC Yük daşımaları Departamenti tərəfindən stansiyaya 2 kompüter dəsti və surətçıxarma aparatı hədiyyə edilib.

 

# 710
avatar

Oxşar yazılar