Vergilər Nazirliyinə kimlər müraciət edib?
14 may 2013 13:47 (UTC +04:00)

Vergilər Nazirliyinə kimlər müraciət edib?

2013-cü ilin yanvar-aprel aylarında Vergilər Nazirliyinə daxil olmuş müraciətlər haqqında məlumat yayılıb. Qurumdan Lent. az-a verilən məlumata görə, bu ilin yanvar-aprel aylarında Vergilər Nazirliyinin “195 Çağrı Mərkəzi”  tərəfindən 109 min 232 müraciət cavablandırılıb, vergi ödəyicilərinə 181 min 740 sayda mesaj göndərilməklə onların məlumatlandırılması təmin edilib.

Müfəttiş-operatorlar tərəfindən cavablandırılmış suallar arasında vergi növləri (14,6%), elektron xidmətlər (19,6%), qeydiyyat (10,5%), hesabatlar və onların doldurulma qaydaları (15,2%), büdcə, vergi ödəyiciləri və vergi orqanlarının rekvizitləri (6,2%) barədə suallar, səsli menyu vasitəsilə qəbul edilmiş müraciətlər arasında isə vergi növləri (60,4%) və dövlət büdcəsinə olan vergi borcları (25.2%) barədə müraciətlər üstünlük təşkil edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 909

Oxşar yazılar