Ukrayna prezidentindən"Transxəzər" kəməri layihəsinə dəstək
06 iyun 2013 20:26 (UTC +04:00)

Ukrayna prezidentindən"Transxəzər" kəməri layihəsinə dəstək

Ukrayna prezidenti Viktor Yanukoviç “Ağ axın” layihəsini Azərbaycan qazının Ukraynaya nəql edilməsi üçün alternativ marşrut kimi yenidən nəzərdən keçirtməyə çağırıb. APA-nın Ukrayna prezidentin rəsmi saytına istinadən məlumata görə, bu barədə Yanukoviçin bu gün açıqlanan “2013-cü ildə Ukraynanın daxili və xarici vəziyyəti” adlı parlamentə müraciətində qeyd olunub.

 

Prezidentin müraciətində vurğulanır ki, enerji daşıyıcıları mənbələrinin diversifikasiya məsələsi hələ ötən əsrin 90-cı illərdə dəfələrlə qaldırılıb: “Nəticədə isə biz bunun əksini görürük. Ukraynanın monopoliyalı mənbədən ölkəyə idxal olunan enerji resurslardan asılılığı artır. Buna görə də “Ağ axın” layihəsini alternativ marşrut kimi yenidən nəzərdən keçirilməsi, layihə uğurlu olacağı təqdirdə isə Türkmənistan və Qazaxıstandan qaz nəqli üçün Transxəzər qaz kəmərinin tikintisi məqsəduyğundur”.

 

Müraciətdə Ukraynanın “Cənub dəhlizi” layihəsində iştirakına da toxunulub: “Ukrayna layihəyə istehlakçı, tranzit və yüksək texnoloji avadanlığı təchiz edən ölkə kimi cəlb oluna bilər”.

 

Qeyd edək ki, “Ağ axın” kəmərin tikintisi təşəbbüsü hələ 2005-ci ildə təqdim olunub. Layihəyə əsasən, Azərbaycanın “Şahdəniz” qaz yatağından hasil olunan qazın Gürcüstan ərazisi və Qara dənizi dibindən keçməklə Krım Muxtar Respublikasına çatdırılması planlaşdırılır. Bu qaz kəməri Ukraynanın Rusiyadan idxal olunan enerji resurslardan asılılığını aradan qaldırılmalı idi.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 717
avatar

Oxşar yazılar