ÜDM-in həcmi 47,6 milyard manata çatıb - STATİSTİKA
14 noyabr 2013 15:49 (UTC +04:00)

ÜDM-in həcmi 47,6 milyard manata çatıb - STATİSTİKA

2013-cü ilin on ayı ərzində istehsal edilmiş ümumi daxili məhsulun həcmi keçən ilin eyni dövrünə nisbətən 5,7 faiz artaraq 47,6 milyard manata çatıb. Bu barədə Lent.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Ümumi daxili məhsulun 64,1 faizi istehsal sahələrinin, 29,6 faizi isə xidmət sahələrinin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 6,3 faizini təşkil edib. 
Bu dövrdə iqtisadiyyatın neft-qaz sektorunda istehsal olunmuş ÜDM-in həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,0 faiz, qeyri-neft sektorunda isə 9,8 faiz artıb.

 

Cari ilin on ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə tikintidə əlavə dəyər 25,2 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 17,9 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 9,7 faiz, informasiya və rabitə xidmətlərində 8,5 faiz, nəqliyyat və anbar təsərrüfatında 5,6 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 4,7 faiz, sosial və digər xidmət sahələrində 3,8 faiz artıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 777

Oxşar yazılar