Türkiyəyə səfər üçün 30 yeni vaqon alınacaq
13 may 2015 15:04 (UTC +04:00)

Türkiyəyə səfər üçün 30 yeni vaqon alınacaq

“Azərbaycan Dəmir Yolları” QSC Türkiyəyə səfər üçün yeni vaqonlar alacaq.

 

APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib.

 

“Bu ilin sonunda Bakı-Tbilisi-Qars dəmiryolu istifadəyə veriləndən sonra Türkiyəyə səfərlər başlanacaq. Türkiyəyə səfərlər edilməsi üçün də "Stalker" firması ilə müqavilə imzalanıb. Müqaviləyə əsasən, 30 vaqon alınacaq”, - deyə C.Qurbanov bildirib.

 

C. Qurbanov əlavə edib ki, bu ilin sonuna kimi həmin qatarların ölkəyə gətirilməsi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 210
avatar

Oxşar yazılar