Əmlak Məsələləri Dövlət Komitəsi iyulun 23-də respublikanın şəhər və rayonlarında hərraca çıxarılacaq kiçik dövlət müəssisə və obyektlərinin siyahısını açıqlayıb.
Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektlərinin siyahısında Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Kimyaçılar küçəsi 2 D. ünvanında yerləşən yanacaqdoldurma məntəqəsi də var.
Sahəsi 39,2 kv.m olan yanacaqdoldurma məntəqəsinin start satış qiyməti 8 min 172 manat, ilkin satış qiyməti 6 min 946 manatdır.