SOCAR Türkiyədə yanacaqdoldurma məntəqələri alır - YENİLƏNİB
29 aprel 2015 15:10 (UTC +04:00)

SOCAR Türkiyədə yanacaqdoldurma məntəqələri alır - YENİLƏNİB

 

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə şirkəti olan “SOCAR-Turkey”in rəhbəri Kənan Yavuz SOCAR tərəfindən "Total" şirkətinin Türkiyədəki yanacaqdoldurma məntəqələri (YDM) şəbəkəsini almaq istəməsi barədə məlumatlara aydınlıq gətirib.

 

APA-Economics”in xəbərinə görə, K. Yavuz “BloombergHT” agentliyinə açıqlamasında yayılan məlumatı təkzib edib. O bildirib ki, SOCAR Türkiyə YDM bazarını tərk etmək istəyən “Total”ın YDM şəbəkəsini almaq niyyətində deyil və bununla bağlı tərəflər arasında heç bir danışıqlar aparılmayıb.

 

**

11:46

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Fransanın “Total” şirkətinə məxsus olan Türkiyədəki yanacaqdoldurma məntəqələri (YDM) şəbəkəsini ala bilər.

 

"APA-Economics"in xəbərinə görə, bu barədə Aktifmedya.com xəbər portalı yazır.

 

Portalın yazdığına görə, bu günlərdə "Total" rəsmən Türkiyənin YDM bazarından  gedəcəyini bəyan edib.

 

Türkiyənin YDM bazarının həcmi 80 milyard Türk lirəsi həcmində ölçülür. "Total" bazarda payı 5,3% təşkil edir.

 

Nəşr iddia edir ki, "Total"ın YDM məntəqələrini almaq istəyənlər sırasında SOCAR və BP kimi şirkətlər var.

 

SOCAR-dan sözügedən məsələyə münasibət bildirilmədi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 323
avatar

Oxşar yazılar