"İranın nüvə proqramı ilə bağlı aparılan danışıqların müsbət nəticə verməsi dünya birjalarında neftin qiymətinə təsir etməyəcək".
“APA-Economics”in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev jurnalistlərə bildirib.
"Neft elə bir amildir ki, onun qiyməti siyasi amillərdən çox asılıdır. Ona görə ki, onun satışını bazarda bazar və siyasi amillər dəyərləndirir. İqtisadi dəyərləndirilməsi yoxdur. Mən inanmıram ki, İranla “altılıq” arasındakı razılaşma neftin qiymətinə təsir etsin. İran neft istehsalını dayandırmamışdı. Sadəcə onun neftini çətinliklə, dəyər-dəyməzə, ucuz qiymətə alırdılar. İndi isə İran nefti açıq satışa girəcək və inanıram ki, bu, bazardakı qiymətlərə o qədər də təsir etməyəcək. Bu, mənim subyektiv fikrimdir", - deyə R. Abdullayev bildirib.