SOCAR Petkim yarımadasında daha bir liman inşa edəcək.
Bunu “APA-Economics”ə açıqlamasında “Petkim Petrokimya Holding. A. Ş.”nin ictimaiyyətlə əlaqələr üzrə müdiri Memduh Taşlıcalı bildirib.
Onun sözlərinə görə, Türkiyənin Ekologiya və Şəhərsalma Nazirliyi tərəfindən “Petkim Petrokimya Holding A. Ş.”yə verdiyi meşə sahəsində STAR neft emalı zavoduna gəmilərlə xam neftin gətirilməsi və hazır məhsulların dəniz yolu ilə daşınması üçün doklar tikəcək: “Əvvəlki qanunlara görə ora sahil bölgəsi olduğu üçün orada doklar tikilə bilməzdi. Ancaq artıq bu hissədə dokların tikintisinə başlanılıb. Bu doklar neft emalı müəssisəsinin tələbatına uyğun məhsulların alınmasına və zavodun istehsal edəcəyi məhsulların istehlakçılara göndərilməsi işini asanlaşdıracaq”.
O bildirib ki, yeni liman STAR neft emalı zavoduna aid müstəqil bir qurum olacaq. “Yeni liman “Petlim”in 500 metr qərbində yerləşəcək və 3 gəmini qəbul etmək gücündə olacaq”.
O əlavə edib ki, STAR neft emalı zavodunda, eləcə də liman və Petkim yarımasında aparılan bütün işlər qrafikə uyğun davam edir və inşaat işlərində gecikmə yoxdur.