SOCAR Gürcüstanda yeni qazdoldurma məntəqəsi açdı
17 aprel 2015 20:25 (UTC +04:00)

SOCAR Gürcüstanda yeni qazdoldurma məntəqəsi açdı

Bu gün Tiflis şəhərindəki Ağmaşenebeli prospektində avtomobillər üçün yeni maye qazdoldurma məntəqəsinin açılışı olub.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, açılış mərasimində Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, ARDNŞ prezidentinin müavinləri Elşad Nəsirov, Süleyman Qasımov, ARDNŞ-in xarici əlaqələr və investisiya şöbəsinin müduri Vaqif Əliyev, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və digər rəsmilər iştirak ediblər.

 

Məlumata görə, SOCAR-ın yeni qazdoldurma məntəqəsi Argentina istehsalı olan 2 ədəd yüksək kompressor qurğusu ilə təchiz olunub və onun gücü 250 kilovoltdur. Yeni açılan qazdoldurma məntəqəsində 15 nəfər işlə təmin edilib.

 

Məlumata görə, bu günədək bütün Gürcüstan ərazisində 113 yanacaq doldurma məntəqəsi fəaliyyət göstərir. Bu  məntəqələrdən 27-si "SOCAR Georgia Petrolium"  şirkətinə məxsus maye qazdoldurma məntəqəsidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 218
avatar

Oxşar yazılar