SOCAR "Petkim"dəki payını satmaqdan imtina edib
08 iyun 2015 15:04 (UTC +04:00)

SOCAR "Petkim"dəki payını satmaqdan imtina edib

0

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə şirkəti olan "SOCAR Turkey" "Petkim Petrokimya Holding A.Ş."də sahib olduğu səhmləri satmaq fikrindən daşınıb.

 

"APA-Economics"in "Anadolu" xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə İstanbul Fond Birjasının xəbər platformasında yer alan xəbərdə bildirilir.

 

Məlumatda qeyd edilir ki, şirkət bu addımı maliyyə bazarlarındakı qeyri-müəyyənliklər səbəbindən atıb.

 

Qeyd edək ki, bir müddət əvvəl holdinqin səhmlərinin 1,6%-nin "BCM Global Fund" şirkətinə satılacağı ilə bağlı elan verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 361

Oxşar yazılar