SOCAR-ın Monteneqroda heç bir aktivi yox imiş
27 oktyabr 2015 10:17 (UTC +04:00)

SOCAR-ın Monteneqroda heç bir aktivi yox imiş

0
Monteneqroda heç bir aktivi yoxdur.

"APA-Economics"in xəbərinə görə, bunu SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov  bildirib.

 

Vitse-prezidentin sözlərinə görə, SOCAR-ın Monteneqronun bank sektoruna daxil olması ilə bağlı KİV-də yayılan məlumatlar həqiqəti əks etdirmir.

 

S. Qasımov əlavə edib ki, SOCAR tərəfindən 2011-ci ildə alınan Kumbor adasındakı turizm-kurort kompleksi "tərəfdaşlara verilib". "Yaxın vaxtlarda tərəfdaşın adı açıqlanacaq", - deyə vitse-prezident bildirib.

 

Qeyd edək ki, KİV-də yayılan xəbərlərə əsasən, SOCAR Monteneqroda bank açmağı planlaşdırır. Monteneqro Mərkəzi Bankının SOCAR-a lisenziya verəcəyi gözlənilir.

 

SOCAR-a məxsus turizm-kurort kompleksinin dəyəri isə 281,2 mln. dollar həcmində ölçülür. Layihəni SOCAR-ın törəmə şirkəti olan "Azmont Investments" reallaşdırır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 337

Oxşar yazılar