Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir edilən dəmir yolunun uzunluğu 200 kilometri keçib
“Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Lent.az-a verdiyi məlumata görə, martın 28-də dəmir yolunun Padar-Sığırlı mənzilində 10 kilometr yolun əsaslı təmirinə başlanılıb.
Artıq səhər saatlarında köhnə yolun söküntüsünə start verilib. Təmir işləri aprel ayının 7-ə kimi davam edəcək.