Sərnişinləri dəmir yol vağzalında hansı yeniliklər gözləyir?
29 aprel 2015 12:21 (UTC +04:00)

Sərnişinləri dəmir yol vağzalında hansı yeniliklər gözləyir?

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Bakı sərnişin stansiyasında və stansiya yollarında aparılan əsaslı təmir işlərinin gedişi ilə tanış olub. Qurumdan Lent.az-a verilən məlumata görə, paytaxtın giriş qapısı sayılan Bakı sərnişin vağzalının yüksək səviyyədə, müasir dövrün tələblərinə cavab verməsi üçün burada yenidənqurma işlərinin görülməsinə ehtiyac yaranıb. Bu məqsədlə bu ilin mart ayında Bakı sərnişin vağzalında yenidənqurma işlərinə start verilib.

 

QSC-nin mətbuat xidmətindən o da bildirilib ki, təmir işləri uğurla davam edir. Vağzalın əsas binasının fasadı memarlıq üslubunun saxlanması şərti ilə yenidən qurulacaq, vağzal binasının daxilində tam yenidənqurma işləri görüləcək. Bilet kassaları, saxlama kameraları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunacaq, eskalatorlar yenisi ilə əvəzlənəcək.

 

Daha sonra QSC sədri C. Qurbanov stansiya yollarında aparılan əsaslı təmir işlərinin gedişini izləyib, müvafiq tapşırıq və tövsiyələrini verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 393

Oxşar yazılar