Dövlət Statistika Komitəsi bu ilin aprel ayında rabitə və nəqliyyat sektorunda tariflərin dəyişməsi haqqında məlumat yayıb. Lent.az-ın məlumatına görə, apreldə nəqliyyat sektorunda yükdaşıma tarifləri 1.2 faiz ucuzlaşıb, sərnişindaşıma tarifləri isə 0.5 faiz artıb.
Dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi yerli əlaqə üzrə 30,1 faiz, tranzit üzrə 9,4 faiz, idxal üzrə 7,1 faiz, ixrac üzrə 4,3 faiz, MDB ölkələrinə sərnişindaşıma tarifləri isə 16,7 faiz bahalaşıb.
Ay ərzində dəniz nəqliyyatı vasitəsilə sərnişindaşıma tarifləri 0,6 faiz ucuzlaşıb.
Hava nəqliyyatında MDB ölkələrinə yükdaşıma və sərnişindaşıma tarifləri uyğun olaraq 1.5 və 0.4 faiz, digər xarici ölkələrə sərnişindaşıma tarifləri isə 2.6 faiz bahalaşıb.
Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 2,5 faiz, avtomobil nəqliyyatı vasitəsilə işəmuzd yükdaşıma tarifləri yerli əlaqə üzrə 7.4 faiz, rabitə sahəsində internet xidmətlərinin tarif indeksi 6,2 faiz ucuzlaşıb.

Sərnişindaşımada bahalaşma
Oxşar yazılar
Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
15 iyul 2025 , 16:59
Xırdalan şəhərinin işığı kəsiləcək
15 iyul 2025 , 16:16
"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34
Azercell-dən “Premium” tarif istifadəçilərinə 6 aylıq pulsuz “Wolt+” abunəliyi!
14 iyul 2025 , 12:55
Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb
14 iyul 2025 , 11:36
"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29