Sənaye məhsulları bahalaşıb
13 fevral 2013 16:19 (UTC +04:00)

Sənaye məhsulları bahalaşıb

Dövlət Statistika Komitəsi yanvar ayında sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında məlumat yayıb.

 

Lent.az-ın Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yanvar ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 2,6 faiz bahalaşıb.

 
Ay ərzində mədən çıxarma sənayesi üzrə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi 103,1 faiz təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 3,1 faiz, daş, qum, çınqıl, duz və digər mədən çıxarma sənayesi məhsullarının hasilatı üzrə 0,4 faiz bahalaşıb, metal filizlərinin hasilatı üzrə isə 4,7 faiz ucuzlaşıb. Yanvar ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri indeksi 99,8 faiz təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri tütün məmulatlarının istehsalı üzrə 2,4 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 1,6 faiz, neft məhsullarının istehsalı üzrə 0,7 faiz, toxuculuq sənayesi üzrə 0,2 faiz, qida məhsullarının istehsalı üzrə 0,1 faiz ucuzlaşıb. Kimya sənayesi üzrə 4,6 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 0,6 faiz, maşın və avadanlıqların istehsalı üzrə 0,4 faiz, tikinti məmulatlarının istehsalı üzrə isə 0,1 faiz bahalaşıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 917
avatar

Oxşar yazılar