Səfirimiz amerikallılara “TANAP”-dan da danışıb
18 iyun 2013 06:59 (UTC +04:00)

Səfirimiz amerikallılara “TANAP”-dan da danışıb

ABŞ-ın müxtəlif bölgələrində nüfuzlu “PBS” və “CBS” televiziya kanalları vasitəsilə yayımlanan “Platts enerji həftəsi” proqramının 16 iyunda efirə getmiş buraxılışının əsas qonağı Azərbaycanın Vaşinqtondakı səfir Elin Süleymanov olub.

ABŞ televiziya məkanında enerji məsələləri üzrə ixtisaslaşmış mötəbər proqramlardan olan və həftədə bir dəfə amerikalı tamaşaçılara təqdim edilən “Platts enerji həftəsi” ABŞ və dünya miqyasında enerji sahəsində baş verən hadisələr barədə xəbərlər verir və cərəyan edən prosesləri analiz edir.

Lent.az-ın məlumatına görə, verilişin tanınmış aparıcısı Bil Lavles səfir Elin Süleymanovla müsahibənin əvvəlində Azərbaycanın dünya enerji bazarlarının mühüm kəsişməsində yerləşdiyini, neft sənayesi sahəsində uzun tarixə malik olduğunu, XIX əsrin sonlarında dünya neftinin yarısının məhz ölkəmizdə istehsal olunduğunu və hazırda Avropa və İsrailə neft, Türkiyəyə isə qaz ixrac etdiyini göstərib.

Aparıcının suallarını cavablandıran səfir Elin Süleymanov ilk növbədə Azərbaycanın yürütdüyü enerji siyasəti haqqında məlumat verərək, ölkəmizin xüsusilə Avropaya alternativ enerji mənbəyi təklif etdiyini və enerji təchizatının müxtəlifliyini təmin etməyə çalışdığını bildirmiş və enerji təhlükəsizliyinin özlüyündə regionun ümumi təhlükəsizliyinin əsasında dayandığını qeyd edib. O, Azərbaycanın hər hansı bir ölkə ilə birbaşa rəqabət aparmadan, rəqabətə açıq Avropa enerji bazarında iştirak etmək istədiyini vurğulayıb. Bu mənada səfir Süleymanov televiziya tamaşaçılarına “TANAP” qaz kəməri və Cənub Qaz Dəhlizi, o cümlədən iyunun sonunda “Şahdəniz” konsorsiumunun “Nabukko Qərb” və “Trans-Adriatik qaz kəməri” arasında edəcəyi seçim barədə danışıb.

Xəzər dənizinin hüquqi statusu üzrə vəziyyət haqqında B.Lavlesin sualını cavablandıran E.Süleyamanov bundan əlavə “Bakı-Tbilisi-Ceyhan” neft kəmərini ABŞ-ın bu günədək regionumuzda dəstək verdiyi ən uğurlu layihə kimi xarakterizə etmiş və eyni dəstəyin strateji əhəmiyyətə malik Cənub Qaz Dəhlizinin həyata keçirilməsinə nümayiş etdirilməsinin vacibliyini ifadə etmişdir. Müsahibə əsnasında səfir həmçinin Azərbaycan Dövlət Neft Şirkətinin uğurlu fəaliyyətindən söz açmış və onun regional səviyyədə ən mühüm enerji şirkətlərindən birinə çevrilməkdə olduğunu bildirib.

Səfir E.Süleymanov ilə tam müsahibə “Platts enerji həftəsi” proqramının internet səhifəsində yerləşdirilib: 

http://plattsenergyweektv.com/news/article/262899/293/Azerbaijan---Key-Junction-for-Energy-Markets

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 681
avatar

Oxşar yazılar