Sədərək gömrük-keçid məntəqəsi üçün yeni kompleks tikilir
20 noyabr 2015 19:55 (UTC +04:00)

Sədərək gömrük-keçid məntəqəsi üçün yeni kompleks tikilir

0

Sədərək gömrük-keçid məntəqəsi üçün yeni kompleks inşa edilir. 

 

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yeni infrastruktur “bir dayanacaq” prinsi­pi­nə uyğun qurulan, yük xətti və anbarlardan, sərnişinlərin keçid zallarının da yerləşdiyi inzibati binadan, yoxlama-baxış sistemləri bölmə­sindən və rüsumsuz ticarət mağazasından ibarət müasir gömrük kom­pleksidir.

 
Gömrük nəzarəti və rəsmiləşdirilməsinin texnoloji sxeminə uyğun ola­raq giriş-çıxış zolaqları bir-birindən ayrı nəzərdə tutulub. Üç zo­laqla sərnişin və minik, iki zolaqla yük nəqliyyat vasitələri hərəkət edə­cək.
 

Sərnişin keçid zalları kompleksin ortasında - üçmərtəbəli inzibati bi­na­nın birinci mərtəbəsindədir. Gömrük nəzarəti zonasında sərnişinlərin hərə­kə­ti üçün tunellər yaradılacaq, “yaşıl” və “qırmızı” kanallar formalaş­dırı­lacaq­. 
 

Yük xətti əsasən rəsmiləşmə zalı və anbar binasından ibarətdir. Tran­zit və idxal istiqamətində gələn və əks istiqamətdə hərəkət edən avto­nəq­liyyat vasitələrinin hərəkəti bir-birindən ayrı nəzərdə tutulub. Yük xətti üzərində iritonnajlı avtomobillərlə daşınan yüklərə gömrük nə­zarə­tini həyata keçirməkdən ötrü X-Ray rentgen nəzarət-yoxlama kom­pleksi qurulub. 


Gömrük nəzarətindən güzəştli qaydada keç­mə­li olan şəxslərə xidmətin göstəriləcəyi binada və yeməkxanada tikinti işlə­ri artıq yekunlaşdırılıb. Hazırda inzibati binanın, anbar və rəs­mi­ləş­dirmə zalının tikintisi davam etdirilir. Kompleksin ərazisində, həm­çinin, rüsumsuz ticarət mağazası və əlavə yardımçı binalar da inşa olunacaq. 


Sədərək sərhəd-keçid məntəqəsi üçün yeni gömrük kompleksinin qu­rulması  xidmətin təşkili üçün lazımi şərait yaradacaq, göm­rük nəzarəti və rəsmiləşdiril­mə­sinin müasir tələblər sə­viy­yəsində həyata keçirilməsi təmin olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 462

Oxşar yazılar