Samir Şərifov Dehliyə gedir
03 may 2013 16:43 (UTC +04:00)

Samir Şərifov Dehliyə gedir

Hindistanın paytaxtı Dehli şəhərində Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 46-cı İllik Toplantısı keçirilir.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mayın 2-də başlayan və mayın 5-ə qədər davam edəcək toplantıda maliyyə naziri, Bankın Rəhbərlər Şurasının üzvü Samir Şərifovun rəhbərlik etdiyi Azərbaycan Respublikasının nümayəndə heyəti iştirak edəcək.

İllik Toplantıda üzv ölkələrdən nazirlər, mərkəzi bank rəhbərləri, yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, iş adamları, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələri, tanınmış alim və ekspertlər olmaqla 5 min nəfər nümayəndənin iştirakı gözlənilir.
 

Qeyd edək ki, 1966-cı ildə yaradılan AİB-nın baş qərargahı Filippinin paytaxtı Manila şəhərində yerləşir. Bankın 67 ölkə-üzvü var. Azərbaycan AİB-na 22 dekabr 1999-cu ildə üzv qəbul olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 921
avatar

Oxşar yazılar