Şamaxıda yol çəkilişinə 6 milyon manat ayrıldı
18 yanvar 2013 18:57 (UTC +04:00)

Şamaxıda yol çəkilişinə 6 milyon manat ayrıldı

Azərbaycan prezidenti İlham Əliyev Şamaxı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, sərəncama əsasən, on bir min nəfər əhalinin yaşadığı 22 yaşayış məntəqəsini birləşdirən Şamaxı-Avaxıl avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası prezidentinin ehtiyat fondundan Şamaxı Rayon İcra Hakimiyyətinə 6 milyon manat ayrılıb.
 

Sərəncamda Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 948
avatar

Oxşar yazılar