Sabunçu rayonuna 2 milyon manat ayrıldı
18 iyun 2013 18:52 (UTC +04:00)

Sabunçu rayonuna 2 milyon manat ayrıldı

Prezidenti İlham Əliyev Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, sərəncamla Bakı şəhəri Sabunçu rayonunun Zabrat, Nardaran və Maştağa qəsəbələri ərazisində yetmiş min nəfər əhalinin istifadə etdiyi ümumi uzunluğu 35,4 kilometr olan qəsəbədaxili avtomobil yollarının yenidən qurulması məqsədi ilə 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2 milyon manatı Sabunçu Rayon İcra Hakimiyyətinə ayrılıb.

Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 904
avatar

Oxşar yazılar