Sabirabadda yol tikintisinə 6 milyon ayrıldı -SƏRƏNCAM
12 iyul 2013 18:43 (UTC +04:00)

Sabirabadda yol tikintisinə 6 milyon ayrıldı -SƏRƏNCAM

Prezident İlham Əliyev Sabirabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Lent.az-ın məlumatına görə, sərəncamla iyirmi iki min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 6 milyon manatı Sabirabad Rayon İcra Hakimiyyətinə ayrılıb.
Sərəncamda Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etməli, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 803
avatar

Oxşar yazılar