Sabah Beynəlxalq Bankın Müşahidə Şurasının iclası keçiriləcək
02 iyul 2015 14:01 (UTC +04:00)

Sabah Beynəlxalq Bankın Müşahidə Şurasının iclası keçiriləcək

 Sabah Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının iclası keçiriləcək.

 

"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərə maliyyə nazirinin müavini, bankın Müşahidə Şurasının sədri Azər Bayramov deyib.

 

Bankın İdarə Heyəti sədri vəzifəsinə yeni təyinatın nə zaman baş tutacağı ilə bağlı suala Müşahidə Şurasının sədri bu cür cavab verib: "İdarə Heyəti sədrinin kimliyi və onun nə zaman təyin olunacağı əsas məsələ deyil. Əsas olan bankın yaxşı inkişaf etməsidir".

 

Onun sözlərinə görə, iclasın yekunları ilə bağlı mətbuata və ictimaiyyətə əlavə məlumat veriləcək.

 

Bundan başqa, Müşahidə Şurasının sədri qeyd edib ki, bu ay ərzində bankın səhmdarlarının ümumi yığıncağı keçiriləcək. "Həmin yığıncaqda da mühüm qərarlar qəbul olunacaq", - deyə o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 236
avatar

Oxşar yazılar