Rövnəq Abdullayev peşəkar kadrlardan danışdı
25 oktyabr 2013 16:04 (UTC +04:00)

Rövnəq Abdullayev peşəkar kadrlardan danışdı

“Böyük layihələrin həyata keçirilməsində təcrübəsi olan şəxs kimi deyə bilərəm ki, Azərbaycanda peşəkar kadrların və peşəkar fəhlələrin olması vacibdir”. Lent. az-ın məlumatına görə, bunu Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib. Onun sözlərinə görə, layihələr peşəkar kadrların vasitəsi ilə həyata keçirilir: “Dövlət başçısının dünən imzaladığı sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”  peşəkar kadrların hazırlanması istiqamətində atılmış növbəti addımdır. ARDNŞ tabeliyində Ali Neft Məktəbinin yaradılması da kadr hazırlığı məsələsinə öz müsbət təsirini göstərdi ”.

 

Şirkət prezidentinin sözlərinə görə, Dövlət Neft Şirkətinin hər zaman peşəkar kadrlara ehtiyacı var: “Hesab edirik ki, dünya səviyyəli kadrlarımız azdır. Təhsil Nazirliyinin peşə təhsili sahəsinə önəm verməsi mühüm hadisədir. Bu istiqamətdə Təhsil Nazirliyi ilə əməkdaşlıq etməyə hazırıq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1760

Oxşar yazılar