Rövnəq Abdullayev: "Neftin baza qiyməti 50-55 dollardan götürülməlidir"
14 sentyabr 2015 12:28 (UTC +04:00)

Rövnəq Abdullayev: "Neftin baza qiyməti 50-55 dollardan götürülməlidir"

0

 

2016-cı ilin dövlət büdcəsində neftin baza qiyməti 50-55 dollardan götürülməlidir.

 

"APA-Economics"in xəbərinə görə, bunu SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

 

R. Abdullayevin sözlərinə görə, dünya bazarında neftin hazırkı qiyməti dövlət büdcəsinə mənfi təsir göstərir: "Əgər satdığımız malın qiyməti iki dəfədən artıq enibsə, deməli satışdan alınan gəlir də müvafiq olaraq 2-2,5 dəfə azalır. Bu isə o deməkdir ki, büdcəyə etdiyimiz ödənişlər və gələn il üzrə ödənişlər aşağı düşəcək. Bu, təbii prosesdir. Düşünürəm ki, gələn ilin dövlət büdcəsində neftin baza qiyməti 50-55 dollardan götürülməlidir".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 320

Oxşar yazılar