Bu ilin sonunadək "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun tam işlənib başa çatdırılmasına dair proqram hazırlanacaq.
"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, hazırda sözügedən yataqlar bloku üzrə 2013-2014-cü illərdə işlənməsinə dair, 2024-cü ildə "Əsrin Müqaviləsi" başa çatdıqdan sonra yatağın işlənməsi üzrə, o cümlədən AÇG-njn tam işlənib başa çatdırılması istiqamətində tədqiqatlar aparılır, proqramlar hazırlanır.
R. Abdullayev həmçinin bildirib ki, 2013-cü ildə Azərbaycanda neft və qaz hasilatının ötən ilin səviyyəsində saxlanacağı gözlənilir.