Rabitəçilərdən yeni il yeniliyi
25 dekabr 2012 18:04 (UTC +04:00)

Rabitəçilərdən yeni il yeniliyi

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Aztelekom” İstehsalat Birliyi “Sifarişlərin elektron qəbulu, emalı və nəzarət” sistemini (SİNS) istismara verib.

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, SİNS “Aztelekom” İstehsalat Birliyinin göstərdiyi xidmətlər üzrə əhalidən sifarişlərin qəbulunu, sifarişlərin icrasına mərkəzləşdirilmiş qaydada nəzarəti, sifarişlərin icrasının hər bir anında tam məlumatın alınması və müraciətlərin səbəblərinin müəyyənləşdirilməsi, icranın tam başa çatdırılması və göstərilmiş xidmət haqlarının yığılmasının həlli zamanı müasir informasiya texnologiyaları vasitələrindən istifadə etməklə həyata keçirilməsini nəzərdə tutur.

 

Yeni sistem regionlarda əhaliyə rabitə və informasiya texnologiyaları sahəsi üzrə elektron xidmətlər göstərməsi kontekstində də mühüm əhəmiyyət kəsb edir. Vətəndaşlar telefon çəkilişi, internetə qoşulma və s. üçün daha telekommunikasiya qovşaqlarına getmədən, bir başa yeni sistemə qoşulmaqla elektron xidmətdən istifadə edə, həmçinin təklif və rəylərini sistem vasitəsilə çatdıra bilərlər.

 

Qeyd edək ki, sifarişlərin qəbulu həm sabit telefon şəbəkəsi, həm də mobil telefon şəbəkəsi vasitəsilə təşkil olunur. Eyni zamanda yaradılmış proqram təminatı ilə “abunəçi kartotekası” tam elektronlaşdırılıb. “Aztelekom” tərəfindən göstərilən xidmətlərin haqqının “vahid kart” vasitəsilə ödənişinin aparılması üçün yaradılmış proqram təminatının da yaxın günlərdə istifadəyə verilməsi planlaşdırılır ki, bu da yaradılmış sistemi tamamlayacaq.

 

# 737
avatar

Oxşar yazılar