Qiymətli kağızlar bazarında yeni qaydalar
23 fevral 2013 20:27 (UTC +04:00)

Qiymətli kağızlar bazarında yeni qaydalar

 

Azərbaycanda “Qiymətli kağızlar bazarında broker fəaliyyətinin həyata keçirilməsi”, “Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması” üzrə yeni qaydalar qəbul edilib. «APA-Economics»in məlumatına görə, “Qiymətli kağızlar bazarının peşəkar iştirakçıları olan brokerlər, aktivlərin idarə edilməsi üzrə peşəkar fəaliyyəti həyata keçirənlər, habelə investisiya fondları və lotereya təşkilatçısı tərəfindən «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» qanunun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi” qaydalarına da dəyişiklik edilib.

 

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən bildiriblər ki, sənədlərdə nəzərdə tutulan əsas dəyişiklik bu sənədlərin kommersiya sirri haqında qanunvericiliyə uyğunlaşdırılmasıdır. Bu sənədlərə əsasən yalnız kütləvi təklif üsulu ilə yerləşdirilən kağızların emitentləri səhmdarlar barədə məlumat açıqlanmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 920
avatar

Oxşar yazılar