Qeyri-neft məhsullarının ixracı artıb
13 may 2013 11:58 (UTC +04:00)

Qeyri-neft məhsullarının ixracı artıb

Dövlət Statistika Komitəsi idxal-ixrac əməliyyatları haqqında məlumat yayıb. Qurumdan Lent. az-a verilən məlumata görə, Azərbaycanın xarici ticarət dövriyyəsi 2013-cü ilin yanvar-mart aylarında  10.7 milyard ABŞ dolları təşkil edib. Onun 8,5 milyard dollarlıq hissəsi ixracın, 2,2 milyard dollarlıq hissəsi idxalın hesabına yaranıb.
Bu dövr ərzində dünyanın 124 ölkəsi ilə ticarət əlaqəsi aparılıb, 63 ölkəyə əmtəə ixrac olunub, 115 ölkədən idxal olunub.

 

Xarici ticarət dövriyyəsi iştirakçılarının 21-i Amerika, 47-si Avropa, 34-ü Asiya və s. ölkələridir.
İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, idxal məhsulları arasında qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil edib. Qeyri-neft məhsullarının ixracı ötən ilin yanvar-mart ayları ilə müqayisədə 28,3 faiz artıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 733

Oxşar yazılar