Azərbaycan prezidenti İlham Əliyev Qəbələ rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, sərəncamla səkkiz min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Mirzəbəyli-Çuxur Qəbələ-Dizaxlı-Çarxana avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qəbələ Rayon İcra Hakimiyyətinə 4.9 milyon manat ayrılıb.
Ölkə başçısının sərəncamına əsasən Maliyyə Nazirliyi nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etməlidir.