Ailə, Qadın və Uşaq Komitəsi Azərbaycanda qadın sahibkarlara dövlət xətti ilə daha çox güzəştli kreditlərin verilməsi təşəbbüsü ilə çıxış edib.
Bu barədə «APA-Economics»ə komitənin sədr müavini Sədaqət Qəhrəmanova bildirib.
Onun sözlərinə görə, ölkədə qadın sahibkarlara verilən güzəştli kreditlərin həcmi o qədər də böyük deyil. Komitənin hesablamalarına görə, sahibkarlıqla məşğul olan qadınlar son 3 il ərzində ümumilikdə 10 mln. manat həcmində güzəştli kredit alıblar.
Komitə rəsmisi qeyd edib ki, qurum ölkədə verilən güzəştli kreditlərin 30%-nin sahibkar qadınlara ayrılmasını təklif edib.